5.8 C
Gence
5.8 C
Gence

Vətəndaşların pulunu ələ keçirən polis əməkdaşı həsb edilib

Gəncədə cinayət törədən polis əməkdaşı həbs edilib. Bu haqda məlumatı avqustun 24-ü Qafqazinfo-ya istinadən veririk.

Söhbət Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin Təminat qrupunun polis nəfəri, sürücü-polis serjantı, 38 yaşlı Tacəddin Hüseynovdan gedir.

O, vəzifəsindən sui-istifadə edərək 2020-2021-ci illərdə çox sayda vətəndaşları aldadaraq onların külli miqdarda vəsaitini ələ keçirib. Onun barəsində hüquq-mühafizə orqanlarına müraciətlər daxil olmuşdur.

Araşdırmalar zamanı məlum olub ki, Hüseynov daxili işlər orqanlarında işləmək istəyən müxtəlif şəxslərə və onların yaxınlarına yalan vəd verərək 15 nəfərə yaxın şəxsin külli miqdarda pulunu ələ keçirib. O, həmçinin quldurluq əməlinə görə tutulmuş Orxan Həsənovun atasından oğlunu həbsdən buraxdıracağı vədi ilə 13.000 manat alaraq mənimsəyib.

Zərərçəkənlər arasında bir neçə Vətən müharibəsi iştirakçısı da olub.

Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvət verməyə təhrik əməllərində təqsirli bilinən polis əməkdaşı 7 il 6 ay müddətinə həbs edilib.

Ən Çox Oxunan