23 C
Gence
18.5 C
Ganja

Vətəndaşların etibarından sui-istifadə edərək oğurluq edənlər tutulub

Gəncə sakinlərinə 1000 manat məbləğində ziyan vuran şəxslər saxlanılıb. Bu haqda məlumatı iyulun 2-si Apa-ya istinadən veririk.

Gəncə Şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinə oğurluqla bağlı müraciət daxil olmuşdur. Keçirilən axtarış tədbirləri nəticəsində Səxavət Məmmədov və Cabir Əsgərov saxlanılıblar.

Həmin şəxslər şəhər ərazisindəki bankomatların qarşısında vətəndaşların etibarından sui-istifadə edərək onların bank kartlarından 1000 manat pulu mənimsəyiblər.

Saxlanılan şəxslərin Gəncə ilə yanaşı digər şəhər və rayonlarda oxşar cinayətlərin törətməsi istisna edilimir. Onların əməllərindən zərər çəkən vətəndaşlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə müraciət etmələri tövsiyə olunur.