16.4 C
Gence
16.4 C
Gence

Vətən müharibəsi qazisi muzeylərdən birinə direktor təyin olunub

Gəncədə muzeylərin birinə yeni təyinat olub. Bu haqda 19 noyabr tarixində Regional Mədəniyyət idarəsinə istinadən məlumat veririk.

Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov əmr imzalayıb. Sənədə əsasən, Vətən müharibəsinin iştirakçısı Nəimi Fizuli oğlu Mustafayev İsrafil Məmmədovun ev-muzeyinin direktoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, N.Mustafayev “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.

 

Ən Çox Oxunan