23 C
Gence
18.5 C
Ganja

Vətən müharibəsi iştirakçısının həyat yoldaşı intihara cəhd edib

Gəncədə qadın intihara cəhd edib. Bu haqda 2 avqust tarixində Report-a istinadən məlumat veririk.

Vətən müharibəsi iştirakçısı, II qrup əlil 35 yaşlı Aslan Zeynalovun həyat yoldaşı özünü öldürməyə çalışıb. Cəhdin qarşısı alınıb.

31 yaşlı Firuzə Zeynalovanın sözlərinə görə, buna səbəb ərinin onu qanunsuz işlərə təhrik etməklə dələduzluqla məşğul olmağa məcbur etməsi olub.

Baş Prokurorluqdan bildirilib ki, faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.