16.4 C
Gence
16.4 C
Gence

Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib

 

Gəncədə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib. Bu haqda Gencexeber.az 14 noyabr tarixində Gəncə ŞİH-yə istinadən məlumat verir.

Ötən həftə ərzində Vətən müharibəsi şəhidləri Həsən Abdullayev, Rəşad Ələkbərov, Vidadi İsrafilov, Qəzənfər Məmmədov, Röyal Cəfərov, Elşad Mahmudov və Aydın Rüstəmovun anım mərasimləri keçirilib.

Mərasimlərə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Kəpəz və Nizami Rayon İcra Hakimiyyətlərinin başçıları, Kəpəz və Nizami bələdiyyələrinin sədrləri, millət vəkilləri, hüquq-mühafizə orqanlarının, habelə idarə, müəssisə və təşkilat rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri qatılıblar, ailələrinə başsağlığı veriblər. Şəhidlərin məzarları ziyarət olunub, onların ruhuna dərin ehtiram bildirilib.

 

Ən Çox Oxunan