26.9 C
Gence
23.5 C
Ganja

Vəkillər ödənişsiz hüquqi yardım aksiyası keçirəcəklər

Gəncədə vəkillər tərəfindən yardım aksiyası keçiriləcək. Bu haqda 1 iyun tarixində 1 saylı Vəkil Bürosuna istinadən məlumat veririk.

Aksiya Gəncə şəhərində və ətraf rayonlarda yaşayan aztəminatlı vətəndaşlara, həmçinin şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına şamil edilir. 3 iyun tarixində saat 11:00-dan 16:00-dək 1 saylı Vəkil Bürosunun vəkilləri onlara ödənişsiz hüquqi yardım göstərəcəklər.

Görüş büronun inzibati binasında təşkil olunacaq.

Ünvan: Cavad xan küçəsi, 53.