10.3 C
Gence
10.3 C
Gence

UTECA tələbəsi Kalmıkiyada təltif edilib

Gəncədə təhsil alan tələbə Rusiyada təltif olunub. Bu haqda 13 oktyabr tarixində Azərbaycan Texnologiya Universitetinə istinadən məlumat veririk.

Qida mühəndisliyi ixtisasının III kurs tələbəsi Namiq Muradov Rusiya Federasiyası Kalmıkiya Respublikasında Xəzəryanı ölkələrin universitetlərinin 24-cü Baş Assambleyasında iştirak edib. Tədbirdə Rusiya Dövlət Dumasının deputatları, Kalmıkiya Respublikası rəsmiləri və dünyanın 52 təhsil ocağı da daxil olmaqla 500-dən çox yerli və xarici qonaqlar olub.

Assambleyanın plenar iclasına qatılan tələbə Kalmık Dövlət Universitetinin rektoru Badma Salayev tərəfindən təbliğat işlərində fəal iştirakına görə, universitetin yaranmasının 50 illiyinə həsr edilmiş yubiley medalı ilə təltif edilib.

Qeyd edək ki, Kalmık Dövlət Universitetinin rəsmi dəvəti ilə tədbirdə iştirak edən N.Muradov adıçəkilən təhsil ocağının məzunu olub.

Ən Çox Oxunan