24.8 C
Gence
24.8 C
Gence

UTECA tələbələri intellektual oyunda iştirak ediblər

Gəncə Gənclər Evində 15 dekabr tarixində intellektual oyun keçirilib. Bu haqda Azərbaycan Texnologiya Universiteti (UTECA) məlumat paylaşıb.

“Xəmsə” Milli İntellektual Oyunu üzrə keçirilən turnir Nizami Gəncəvinin 880 illiyinə həsr olunub. Burada UTECA-nın 8 komandası iştirak edib. 40-dan çox tələbənin mübarizə apardığı yarışda “Dəmir Yumruq” komandası qalib olub.

İştirakçılara sertifikatlar, qaliblərə isə kubok və diplomlar verilib.

Ən Çox Oxunan