14.7 C
Gence
14.7 C
Gence

UTECA “REFRESH” adlı layihədə iştirak edəcək

Azərbaycan Dövlət Aqrar Universiteti beynəlxalq layihədə iştirak hüququ qazanıb. Bu haqda 29 sentyabr tarixində təhsil müəssisəsinə istinadən məlumat veririk.

Universitet Avropa Komissiyası tərəfindən təşkil olunan Erasmus+ KA2 layihələrinin birində iştirak edəcək. “Azərbaycan universitetlərində yaşıl və davamlı qlobal iqtisadi inkişaf: bərpa olunan enerji və iqlim dəyişikliyinin təsirinin azaldılması” – REFRESH adlı layihə 3 il müddətində həyata keçiriləcək.

Proqram tədris metodologiyalarını və proqramlarını təkmilləşdirmək, hər bir tərəfdaş ali təhsil müəssisəsində pilot dərslərə başlamaq üçün təlim proqramına müəllim heyətini cəlb etməklə universitetlərdə potensialı artırmaq məqsədi daşıyır. Bundan başqa, Virtual Öyrənmə Simulyasiyası (VLS) laboratoriyaları yeni kurikulumun bir hissəsi olacaq. Bu dəyişikliklər yerli ali məktəblərdə tədrisin keyfiyyətini artıracaq və Azərbaycanda yaşıl iqtisadiyyatı stimullaşdıracaq.

Ən Çox Oxunan