23.2 C
Gence
23.2 C
Gence

UTECA-nın tələbələri fləş-mobda iştirak ediblər

Gəncədə növbəti fləş-mob keçirilib. Bu haqda 10 may tarixində UTECA-ya istinadən məlumat veririk.

Tədbir Azərbaycan Texnologiya Universitetinin (UTECA) təşkilatçılığı və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Heydər Əliyevin 100 illiyi ilə əlaqədar baş tutub. Burada UTECA-nın rəhbərliyi və tələbələri iştirak ediblər.

Fləş-mobda üç kompozisiya əks olunub. Kompozisiyalarda ümummilli liderin imzası, ulu öndərin yubileyini tərənnüm etdirən 100 illik yubiley simvolu və ona olan sevginin əbədiliyini bildirən sonsuzluq işarəsi təsvir edilib.

Ən Çox Oxunan