Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi xaricə gedən tələbələrlə görüşüb. Bu haqda 30 yanvar tarixində UTECA-ya istinadən məlumat veririk.
Universitetin tələbələri Erasmus+ mübadilə proqramı çərçivəsində 2022/2023-cü tədris ili üçün 1 semestr müddətində Avropada təhsil alacaqlar. Tələbələr aşağıdakı təhsil müəssisələrində təhsillərini davam etdirəcəklər:
- Gürshad Hüseynov – Silesiya Texnologiya Universitetində (Polşa);
- Fərid Musayev – Smalkalden Tətbiqi Elmlər Universitetində (Almaniya);
- Tariyel-Hicran Məmmədli – İaşi Texniki Universitetində (Rumıniya);
- Cəlal Həbibov – Jaen Universitetində (İspaniya).
Görüş zamanı Universitetin rektor əvəzi dosent Yaşar Ömərov tələbələri təbrik edib və onlara ölkəmizi layiqincə təmsil etməklə bağlı tövsiyələr verib.
