5.8 C
Gence
5.8 C
Gence

UTECA-nın 24 tələbəsi “TEKNOFEST”-də iştirak edəcək

Gəncədə universitetlərdən birini təmsil edəcək komandalar “TEKNOFEST” festivalına qeydiyyatdan keçib. Bu haqda 22 fevral tarixində Azərtac-a istinadən məlumat veririk.

Festivalda Azərbaycan Texnologiya Universitetini (UTECA) 5 komanda təmsil edəcək. Onlar yarışa “C” kateqoriyasında “Yaşıl texnologiyalar (GreenTech)”, “Pilotsuz uçuş aparatları (PUA)”, “Robototexnika” müsabiqələri üzrə 3 layihə, “B” və “C” kateqoriyalarında isə “Sosialyönümlü texnologiyalar” müsabiqəsi üzrə 2 layihə ilə qatılacaqlar.

Rektor Akif Süleymanov həmin komandalarla görüşüb və onlara uğurlar arzu edib. Tədbirdə layihə və startapların hazırlığı müzakirə olunub.

Qeyd edək ki, 7 nəfərlik “NET” (Nirvana Energy Transform) komandası təkmilləşdirilmiş hibrid avtomobil sistemi, 5 nəfərlik “Şahin” radarlardan yayınma xüsusiyyətinə malik PUA, 4 nəfərlik “Rosol” robotlaşdırılmış minaaxtaran və zərərsizləşdirən robot, 4 nəfərlik “Developing World” yeni “blockchain” texnologiyası, 4 mütəxəssisdən ibarət “Mobil QR” isə “ASAN Parkomat” layihəsi ilə mübarizə aparacaqlar.

Ən Çox Oxunan