13 C
Gence
8.5 C
Ganja

UTECA loqonun hazırlanması üçün müsabiqəyə start verib

Gəncədə universitetlərdən biri müsabiqə elan edib. Bu haqda 16 dekabr tarixində Azərbaycan Texnologiya Universitetinə istinadən məlumat veririk.

UTECA yeni loqonun hazırlanması üçün müsabiqəyə start verib. Müsabiqənin şərtləri aşağıdakı kimidir:

  • Loqo Azərbaycan Texnologiya Universitetinin əsas fəaliyyət istiqamətlərini özündə əks etdirməlidir;
  • Müasir, sadə, günümüzün dizayn trendlərinə uyğun şəkildə hazırlanmalıdır;
  • Loqonun kəsb etdiyi məna mütləq yazılı şəkildə izah edilməlidir. İstəyə bağlı olaraq, loqonun müxtəlif səthlər üzərində görünüşü, onun “mock-up”lara uyğunlaşdırılmış görüntüləri yerləşdirilə bilər;
  • Loqo eskiz şəklində də göndərilə bilər. Seçilən dizayn eskiz halındadırsa, daha sonra rəqəmsallaşdırılaraq, daha yaxşı formada təqdim edilə bilər;
  • İştirakçı müsabiqəyə bir və ya daha çox dizayn nümunəsi təqdim edə bilər. Bunun üçün hər bir loqo layihəsi ayrıca elektron poçt ünvanına məktubla göndərilməlidir;
  • Göndərilən loqo layihələri yalnız layihəni hazırlayan şəxsin özünə məxsus olmalıdır;
  • Loqonun rəqəmsal forması minimum 1000×1000 px ölçüsündə olmalıdır. Loqo təqdimat məktubuna AI və PNG fayl formatları yerləşdirilməlidir.

Loqo hazırlayan şəxsin ad, soyad, doğum tarixi, əlaqə nömrəsi qeyd olunmaqla 27 dekabr tarixinədək [email protected] elektron poçtuna göndərilməlidir.

Qalib gələn loqonun müəllifi universitet tərəfindən mükafatlandırılacaq.

Ən Çox Oxunan