25.3 C
Gence
25.3 C
Gence

UTECA-da “TEKNOFEST”ə hazırlıq gedir

Azərbaycan Texnologiya Universiteti (UTECA) “TEKNOFEST” festivalına hazırlaşır. Bu haqda 9 fevral tarixində Azərtac-a istinadən məlumat veririk.

Universitetdə festivala qeydiyyat və iştiraka dair məsələlər müzakirə olunub. UTECA-nın rektoru professor Akif Süleymanov bildirib ki, festival 26-29 may tarixlərində baş tutacaq. Bu tədbir ilk dəfə olaraq Türkiyədən kənarda, Azərbaycanda təşkil olunacaq.

İclasda həmçinin təqdim ediləcək məhsullar haqda danışılıb. Burada universitetin 4-cü kurs tələbələrinin müəllifi olduğu günəş enerjisi ilə çalışacaq hibrid avtomobil, minaaxtaran robotlar, ağıllı parkinqlər və s. olacaq. Rektor startaplarda işğaldan azad olunan torpaqların dirçəldilməsi istiqamətində tətbiq olunacaq “ağıllı” ideyalara üstünlük verilməsinin vacibliyini qeyd edib.

Ən Çox Oxunan