Gəncədə yeni kafedralar yaradılıb. Bu haqda 27 aprel tarixində UTECA-ya istinadən məlumat veririk.
Azərbaycan Texnologiya Universiteti strukturunun optimallaşdırılması, tədrisin keyfiyyətinin, elmi fəaliyyətin səmərəliliyinin artırılması məqsədilə elmi şuranın iclası keçirilib. Burada qəbul olunan qərara əsasən, Turizm sənayesinin təşkili və ekologiya kafedrası ləğv edilərək onun əsasında Turizm sənayesinin təşkili və Ətraf mühitin mühafizəsi kafedraları yaradılıb.
Qeyd edək ki, kafedralar növbəti tədris ilindən fəaliyyətə başlayacaq. Turizm sənayesinin təşkili kafedrası İqtisadiyyat və idarəetmə fakültəsinin, Ətraf mühitin mühafizəsi kafedrası isə Qida mühəndisliyi fakültəsinin nəzdində fəaliyyət göstərəcək.