26.4 C
Gence
26.4 C
Gence

UTECA-da Asiya İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində görüş baş tutub

“Yerli texnoloji startapların inkişafının təşviqi” layihəsi nümayəndələri Gəncədə olublar. Bu haqda 10 fevral tarixində Azərbaycan Texnologiya Universiteti (UTECA) məlumat paylaşıb.

Asiya İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən “Yerli texnoloji startapların inkişafının təşviqi” layihəsi çərçivəsində görüş baş tutub. Tədbirdə bankın layihə rəhbəri Səbinə Cəfərova, alman mütəxəssisi Jurgen Raizner, analitiki Afaq Cavadova və icraçılarından biri olan EKVİTA şirkətindən Jalə Sərdarlı iştirak ediblər.

Universitetin rektoru Akif Süleymanov daha öncə bir neçə görüşlərin təşkil edildiyini xatırladaraq bu işbirliyinin Gəncə şəhərində ümumi startap ekosisteminin inkişafına töhfə verəcəyindən əmin olduğunu bildirib. Layihə mütəxəssisləri görüləcək işlər haqda danışıblar.

Görüş çərçivəsində UTECA mütəxəssislərindən ibarət mentorlar komandası yaradılıb. Sabahdan etibarən onlar alman mütəxəssisin təlimlərinə qatılacaqlar. Bundan sonra layihə növbəti mərhələyə keçəcək.

Ən Çox Oxunan