“Umico Market” Gəncədə yeni məntəqə açıb. Bu haqda 18 aprel tarixində Oxu.az-a istinadən məlumat veririk.
Marketpleysin ilk rəsmi təhvil məntəqəsi 17 apreldən Heydər Əliyev prospekti, 90/362F ünvanında fəaliyyətə başlayıb. Sakinlər istəsələr, sifarişlərini buradan özləri götürə bilərlər. Məntəqə hər gün səhər 9:00-dan axşam saat 21:00-dək işləyəcək. Burada “Umico Market” əməkdaşları çalışacaqlar. Onlar istənilən çatdırılma və geri qaytarma, ödəniş, taksitlə alış-veriş və s. məsələlərlə bağlı məsləhət verəcəklər.
29 aprel tarixində məntəqənin açılış mərasimi baş tutacaq. Həmin gün hədiyyələr oynanılacaq, fotosessiya təşkil olunacaq və DJ dəvət ediləcək.