24.1 C
Gence
24.1 C
Gence

Ukraynalı deputatlar Gəncəyə səfər ediblər

17 oktyabr tarixində Ukrayna Ali Radasının nümayəndələri Gəncəyə səfər ediblər. Bu haqda Gəncə şəhər İcra Hakimiyyəti məlumat paylaşıb.

Ukrayna Ali Radasının üzvləri Vətən müharibəsi zamanı Ermənistanın Gəncəni raket atəşinə tutması nəticəsində dağılan ərazini ziyarət ediblər. Onlara bu haqda ətraflı məlumat verilib. Ümumilikdə 5 dəfə raket və ağır artilleriya ilə hücumun olduğu, nəticədə 26 nəfərin dünyasını dəyişdiyi 175 nəfərin yaralandığı bildirilib.

“Bu gün biz Gəncəyə gələrək bu dəhşətli cinayətin şahidi olduq. Evlər dağıdılıb, mülki insanlar həlak olub. Bu müharibə cinayətidir. Bu yolverilməzdir”, – deyə ukraynalı deputat qeyd edib.

Qonaqlar dağıntılar olan əraziyə gül dəstələri qoyublar və burada şəhid olanların xatirəsini anıblar.

Ən Çox Oxunan