25.5 C
Gence
17.5 C
Ganja

Uşaqlar futbolu daşlı torpaq üzərində oynayırlar

Şəhər ərazisində daha bir idman guşəsi yararsız haldadır. Bu haqda məlumat iyulun 19-u Gencexeber.az-a daxil olub.

Sözügedən hal Gülüstan qəsəbəsində yerləşən 3 və 4 nömrəli binaların qarşısında müşahidə edilir. Orada yerləşən futbol meydançası istifadə edilməz hala düşüb.

Uşaqlar futbolu daşlı torpaq üzərində, dəmir çəpərləri sökülən və yararsız vəziyyətdə olan meydançada oynayırlar. Valideynlər isə övladlarının təhlükəsizliyini nəzərə alaraq yeni idman guşəsinin yaradılmasını arzu edirlər.

Foto Gencexeber.az
Foto Gencexeber.az