19.1 C
Gence
19.1 C
Gence

Uşaq xəstəxanasında ilk dəfə təcili tibbi yardım şöbəsi yaradılır

Gəncədə təmir olunan xəstəxanada təcili yardım şöbəsi olacaq. Bu haqda 9 may tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.

Söhbət hazırda təmir işləri aparılan Uşaq xəstəxanasından gedir. Burada təcili yardım şöbəsi yaradılır. Uşaqlara ilkin tibbi yardım göstərilməklə yanaşı, ixtisaslı həkimlər tərəfindən müayinə və müalicələr də həyata keçiriləcək. Təcili yardım şöbəsi xəstəxananın 1-ci mərtəbəsində yerləşəcək. Burada infeksion xəstəyə nəzarət, sarğı və xəstə çeşidləmə olmaqla 14 otaq fəaliyyət göstərəcək.

Şöbədə nevropatoloq, oftalmoloq, lor həkimləri də olacaqlar. Vəziyyəti ağır olan xəstələr təcili tibbi yardım avtomobili ilə buraya gətiriləcəklər.

70 kvadratmetr sahəyə yaxın cərrahiyyə otağı olacaq. Burada balonlar da qoyulacaq. Həmçinin 15 kvadratmetr sahədə aptek də nəzərdə tutulub.

Təcili tibbi yardım şöbəsi zonalar üzrə bölünəcək. Qırmızı zonada ağır vəziyyətdə xəstələr qəbul olunacaq. İlkin yardım qırmızı zonada təşkil edilir. Sonra xəstənin vəziyyətinə uyğun olaraq sarı zonada izlənməsi aparılır. Sarı zonada əlavə həkimə ehtiyac olarsa, tibbi mütəxəssislərin dəvəti, yerində xəstəyə diaqnoz qoyulması və yardım edilməsi nəzərdə tutulur.

Ən Çox Oxunan