14.1 C
Gence
11.5 C
Ganja

Uşaq bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb

Gəncədə nəzarətsiz uşaq xilas olunub. Bu haqda 8 noyabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər veririk.

Şəhər ərazisində evlərin birində uşaq bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri cəlb olunub.

Müvafiq tədbirlər nəticəsində mənzilin qapısı açılıb. Qurumun əməkdaşları uşağı xilas ediblər.

Ən Çox Oxunan