20.8 C
Gence
20.8 C
Gence

Turan Bayramov və Könül Əliyeva Dünya çempionatına yollanacaqlar

Gəncəli idmançılar ölkəmizi dünya çempionatında təmsil edəcəklər. Bu haqda 14 aprel tarixində Cüdo Federasiyasına istinadən məlumat veririk.

Qətər ilin cüdo üzrə ən mötəbər yarışı olan Dünya çempionatına ev sahibliyi edəcək. Çempionat 7-14 may tarixlərində keçiriləcək. Dohada təşkil olunacaq turnirdə Azərbaycanı təmsil edəcək cüdo üzrə milli yığma komanda 9 çəki dərəcəsində 9 kişi və 4 qadından ibarət olacaq. Onların arasında Nizami yurdunun yetirmələri də yer alacaqlar.

Belə ki, 48 kiloqram çəki dərəcəsində Könül Əliyeva və 60 kiloqram çəki dərəcəsində Turan Bayramov dünya çempionatında ölkəmizi təmsil edəcəklər.

Ən Çox Oxunan