26.9 C
Gence
23.5 C
Ganja

Turan Bayramov Avropa ikincisi olub

Gəncəli idmançı beynəlxalq yarışda uğurlu çıxış edib. Bu haqda 9 may tarixində Gənclər və İdman Nazirliyinə istinadən məlumat veririk.

Fransanın Nanterre şəhərində Avropa kuboku keçirilib. Cüdoçumuz Turan Bayramov adıçəkilən yarışda 60 kiloqram çəki dərəcəsində mübarizə aparıb. Finala yüksələn idmançımız son rəqibinə məğlub olaraq ikinci yerə layiq görülüb.

O, gümüş medal ilə təltif olunub.