25.3 C
Gence
19.5 C
Ganja

Turan Bayramov Avropa çempionatının yarımfinalına yüksəlib

Gəncə cüdo məktəbinin yetirməsi daha bir rəqibini məğlub edib. Bu haqda 15 sentyabr tarixində Report-a istinadən məlumat veririk.

Çexiyanın paytaxtı Praqada gənclərin Avropa çempionatı keçirilir. Burada millimizin tərkibində Nizami yurdunun yetirməsi Turan Bayramov da mübarizə aparır. O, 60 kiloqram çəki dərəcəsində növbəti rəqibi olan Anton Kleynosu məğlub edib.

Beləliklə, cüdoçumuz yarımfinala yüksəlib. O, bu mərhələdə ukraynalı Nazar Viskovla qarşılaşacaq.