26.9 C
Gence
26.9 C
Gence

Əttarlar küçəsinin qədim adı ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyəti açıqlama verib

Gəncənin Əttarlar küçəsinin qədim adı qorunub saxlanılıb. Bu məsələyə Gəncə Şəhər İcra Hakimiyyəti aydınlıq verib.

Gəncə Şəhəri İcra Hakimiyyəti başçısı Niyazi Bayramovun müvafiq Sərəncamına əsasən, Əttarlar küçəsinin Nizami Gəncəvi prospekti ilə kəsişməsindən Eldəniz Həsənov küçəsi ilə kəsişməsinədək olan hissəsinə – şəhidin yaşadığı döngəyə – Mirhüseyn Seyidzadə adı verilib.

Beləliklə Əttərlar küçəsinin qədim adı qorunub saxlanılıb.

Daha öncə, küçənin Vətən müharibəsi şəhidi Mirhüseyn Seyidzadənin adı ilə əvəz olunması haqda məlumat daxil olunmuşdur.

 

Ən Çox Oxunan