Gəncədə transformator alışıb. Bu haqda məlumat mayın 24-ü Gencexeber.az-a daxil olub.
Hadisə Sevinc qəsəbəsində saat 23:00 radələrində qeydə alınıb. Ümumi sahəsi 20 kv.m olan tikilinin içərisində quraşdırılan transformatorun 3 ədəd qoruyucu açarı yanıb.
Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb. Sözügedən elektrik cihazı yanğından mühafizə olunub.
Qəza nəticəsində adıçəkilən qəsəbənin bir hissəsi işıqsız qalmışdır.