21.4 C
Gence
20.5 C
Ganja

Toya gəlib “sındırmaq” istəyən qonaq, qapını sındırıb

Gəncədə toya gələn qonaq qapını sındırıb. Bu haqda Gencexeber.az 2 noyabr tarixində Qafqazinfo-ya istinadən məlumat verir.

Hadisə şəhər ərazisindəki şadlıq saraylarının birində yaşanıb. Şahin Qaraşov sifariş verdiyi musiqi səsləndirilmədiyindən əsəbiləşərək restoranın qapısına yumruq vurub. Şüşə qapının sınması nəticəsində Ş.Qaraşovun əli kəsilib. Qonaq xəstəxanaya aparılıb. Orada onun əlinə tikiş qoyulub.

Məlumata əsasən, Ş.Qaraşov hadisəni törədərkən sərxoş olub.