5.8 C
Gence
5.8 C
Gence

Toppuş bacının qızı üçün fond yaradılması təklifi irəli sürülüb

Mərhum aktrisa Tünzalə Əliyevanın adına fond yaradılması təklif olunub. Bu haqda 25 yanvar tarixində aktrisa Ülviyyə Əliyevaya istinadən məlumat veririk.

Toppuş bacının həmkarı olan Ülviyyə Əliyeva İnstagram hesabında video paylaşıb. O, Xalq artisti Afaq Bəşirqızının Əməkdar artist Tünzalə Əliyevanın qızı Zəhra üçün fond yaradılması təklifi barədə danışıb.

“Sənətkarımız Afaq Bəşirqızı təklif irəli sürdü ki, Tünzalə Əliyeva üçün fond yaradılsın. Bunun xalqa, tamaşaçılara heç bir aidiyyəti yoxdur. Fond incəsənət xadimləri, aktyorlar üçündür. Yalnız onlar fond yaratsınlar və ora pul yatırsınlar ki, Zəhranın gələcəkdə zəmanəti olsun. O, pulu böyüyəndə istəyər təhsilinə, istəyər cehizinə xərcləsin. Tamaşaçılar sağlığında Tünzaləyə yetərincə dəstək olub. İstər müalicəsində, istərsə də ev almasında”, – deyə aktrisa bildirib.

Xatırladaq ki, Əməkdar artist Tünzalə Əliyeva 22 yanvar tarixində 49 yaşında uzun sürən xərçəng xəstəliyindən vəfat edib.

Ən Çox Oxunan