13.6 C
Gence
13.6 C
Gence

Toppuş bacı hər kəslə vidalaşıb

“Toppuş bacı” kimi tanınan Tünzalə Əliyeva Gəncəyə gəlib. Bu haqda 11 noyabr tarixində ATV-yə istinadən məlumat veririk.

“Bizimləsən” verilişinin əməkdaşı Əməkdar artistə baş çəkib. Bildirilib ki, Tünzalə xanım Gəncədə bacısının evində qalır. O, bura yaxınları ilə vidalaşmaq üçün gəldiyini deyib.

Toppuş bacı Türkiyə və Almaniyadan dərmanları almaq üçün öz evini satışa çıxarıb. Gəncəyə getmə səbəbi isə atasından halallıq almaq olub.

Əməkdar artist IV dərəcəli xərçəng xəstəsidir. O, izləyicilərdən və sevənlərindən sağlığı üçün dua etmələrini istəyib. Tünzalə xanım hər kəslə vidalaşaraq təşəkkür edib.

Qeyd edək ki, Tünzalə Əliyeva 15 fevral 1973-cü ildə Gəncə şəhərində anadan olub. O, 2013-cü ildə ailə həyatı qurub və hazırda Zəhra adında 6 yaşlı qızı var.

 

Ən Çox Oxunan