Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən Gəncəli güləşçi Turan Bayramovun ilk rəqibi müəyyən olub.
74 kq çəki dərəcəsində çıxış edən sərbəst güləşçimiz 1/8 final mərhələsində Ukraynalı Vasiliy Mixaylovla qarşılaşacaq. Görüş avqustun 5-də keçiriləcək.
Turan Bayramovun nailiyyətləri:
- Kursantlar arasında keçirilən Avropa çempionatlarında 2017 və 2018-ci illərdə müvafiq olaraq bürünc və qızıl medal
- Kursantlar arasında keçirilən Dünya çempinatlarında 2017 və 2018-ci illərdə müvafiq olaraq gümüş və qızıl medal
- 2018-ci ildə Gənclər arasında keçirilən çempionatda qızıl medal
- Yeniyetmələr arasında keçirilən Avropa çempionatlarında 2019 və 2021-ci illərdə qızıl medallar
- 2019-cu ildə yeniyetmələr arasında keçirilən Dünya çempionatında bürünc medal
- 2019-cu ildə 23 yaşadək güləşçilər arasında keçirilən Dünya çempionatında qızıl medal
- 2021-ci ildə Avropa çempionatında gümüş medal
“2020-ci il Yay Olimpiya Oyunları” bu il iyulun 23-dən avqustun 8-dək Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilir. Bu oyunlarda Azərbaycan idmançıları artıq 3 medal qazanıb.