Sonuncu terror hadisəsi zamanı həlak olan mülki şəhidlərin xatirəsi anılıb. Bu haqda Gencexeber.az 17 oktyabr tarixində Gəncə ŞİH-yə istinadən xəbər verir.
Nizami və Kəpəz İcra Hakimiyyətlərinin başçıları Nizami Hacıyev, Eldəniz Xudiyev, bələdiyyə sədrləri, İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri mülki şəhidlərin məzarlarına baş çəkiblər.
Ermənistan silahlı qüvvələrinin Gəncədə törətdiyi terror nəticəsində dağılan ərazi gün ərzində şəhər ictimaiyyətinin nümayəndələri və sakinlər tərəfindən ziyarət edilib .