16.9 C
Gence
16.9 C
Gence

Teatr aktyoru olub Vətənin müdafiəsinə könüllü yollanan qəhrəmanımız

Bu gün şəhid Nadir Hüseynovun doğum günüdür.

Nadir Zülfüqar oğlu Hüseynov 21 noyabr 1956-cı ildə Gəncə şəhərində dünyaya gəlmişdir. O, Gəncə şəhəri 20 saylı orta məktəbi bitirmişdir.  1983-cü ildə isə Yüngül Sənaye Texnikumuna daxil olmuş, oranı bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılmış və Sverdlovsk şəhərində yerləşən Daxili Qoşun Hissələrində qulluq etmişdir.

Onun teatra, səhnəyə böyük marağı olmuşdur. Bu səbəbdən Nadir hərbi xidmətdən qayıtdıqdan sonra Gəncə Dövlət Dram Teatrı və Kukla Teatrında aktyor kimi işləməyə başlamışdır.

Hüseynov 1992-ci ilin oktyabr ayında könüllü olaraq Milli Ordu sıralarına qatılmışdır. Silaha sarılaraq vətənin müdafiəsinə yollanmışdır və Ağdam batalyonunda döyüşmüşdür. O, döyüş tapşırıqlarını layiqli və vaxtında yerinə yetirmişdir, şəxsi heyətin böyük hörmətini qazanmışdır.

Nadir Hüseynov Ağdam rayonu ətrafında gedən qızğın döyüşlərin birində, 31 yanvar 1992-ci ildə yaralı vəziyyətdə düşmənin əlinə keçmişdir. Üç günlük dəhşətli işgəncələrdən sonra 2 fevral 1992-ci il tarixdə vəhşicəsinə qətlə yetirilmişdir.

Nadir Zülfüqar oğlu Hüseynov Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

 

Ən Çox Oxunan