19.1 C
Gence
19.1 C
Gence

Tarixi Gəncə qapılarının qaytarılması gündəmdə deyilmiş

“Gəncə qapıları məsələsi Azərbaycanla münasibətlərin gündəliyində deyil” – bunu Gürcüstanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Mari Narçemaşvili deyib. Məlumatı Report.az-a istinadən xəbər veririk.

Bir müddət öncə, tarixi eksponatın Gəncəyə qaytarılması üzrə aparılan danışıqlar barədə xəbər yayılmışdır.

Qeyd edək ki, Gəncə qapılarının bir tayı qonşu ölkənin Gelati monastrında saxlanılır. Tarixi mənbələrə əsasən, 1139-cu ildə Gəncədə baş vermiş güclü zəlzələdən sonra şəhərə qarət məqsədilə hücum etmiş gürcülər qapının bir hissəsini aparıblar. Qapının bəzi hissələri çürüyüb, onun restavrasiyaya ehtiyacı var.

 

Ən Çox Oxunan