15.3 C
Gence
15.3 C
Gence

Tarixi abidə qanunsuz olaraq sökülüb

Gəncədə tarixi abidəni sökməyə cəhd ediblər. Bu haqda 28 aprel tarixində Apa-ya istinadən məlumat veririk.

Hadisə şəhərin Atatürk prospekti, 531 ünvanında qeydə alınıb. Şəhər sakinləri burada yerləşən abidənin sökülməsi barədə video çəkərək sosial şəbəkələrdə paylaşıblar. Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin rəisi hərəkətə keçib.

O bildirib ki, 3800 inventar nömrəli yerli əhəmiyyətli tarix-memarlıq abidəsində qanunsuz təmir işlərinin aparıldığı aşkar edilib. Aparılan təmir işləri dayandırılıb. Abidənin interyeri və dam örtüyü sökülsə də, fasad hissəsi saxlanılıb. Bu işi icazəsiz görənlər barədə müvafiq tədbirlər görülüb.

Ən Çox Oxunan