13.6 C
Gence
13.5 C
Ganja

Tanışını bıçaqlayan şəxsin cinayət işi üzrə istintaq başa çatıb

Gəncədə tanışını öldürən şəxsin işi məhkəməyə göndərilib. Bu haqda 31 oktyabr tarixində Baş Prokurorluğa istinadən məlumat veririk.

İyunun 27-də şəhər sakini tanışı tərəfindən bıçaqlanaraq öldürülüb. Araşdırma zamanı Samir Hüseynovun tanışı Kamil Cəfərovu aralarında yaranmış mübahisə zamanı şəhərin Nəriman Nərimanov prospektində yerləşən kafedə bıçaqla çoxsaylı xəsarətlər yetirərək xüsusi amansızlıqla qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq tamamlanıb. Hüseynova yekun ittiham elan olunub. Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Ən Çox Oxunan