15.3 C
Gence
11.5 C
Ganja

Taekvondo üzrə şəhər birinciliyi baş tutub

Gəncədə daha bir birincilik təşkil olunub. Bu haqda 13 noyabr tarixində “Xəmsə” taekvondo klubuna istinadən məlumat veririk.

Taekvondo idman növü üzrə şəhər birinciliyi Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə baş tutub. Turnir Olimpiya İdman Kompleksində keçirilib.

Burada həm oğlan, həm qızlar mübarizə aparıblar. Yarışda Gəncə idmançıları ilə bərabər, Göygöl və Samux taekvondoçuları da qüvvələrini sınayıblar. Birincilikdə ümumilikdə 80 idmançı iştirak edib. Nizami yurdunun təmsilçiləri aşağıdakı nəticələrlə yadda qalıblar:

I yerin sahibləri:

  • Məzahir Hüseynov (uşaq) 45 kiloqram çəki dərəcəsində;
  • Arzu Həsənova (uşaq) 30 kiloqram çəki dərəcəsində;
  • Fidan Hüseynzadə (yeniyetmə 160sm);
  • Əsmər Musayeva (yeniyetmə 162sm);
  • Əli Məmmədov (yeniyetmə 177sm);
  • Əli Hüseyn (yeniyetmə 148sm);
  • Zaur Hüseynov (yeniyetmə 152sm);
  • Emin Məmmədov (yeniyetmə 160sm);
  • Cavad Rüstəmli (yeniyetmə 170sm);
  • Aysun Musayeva (Gənclər) 49 kiloqram çəki dərəcəsində;
  • Elnarə Hüseynova (Gənclər) 52 kiloqram çəki dərəcəsində;
  • Kamilə Qurbanova (Gənclər) 63 kiloqram çəki dərəcəsində;
  • Nihad Qurbanov (Gənclər) 55 kiloqram çəki dərəcəsində;
  • Rəvan Məmmədov (Gənclər) 63 kiloqram çəki dərəcəsində;
  • Nicat Hüseynov (Böyüklər) 63 kiloqram çəki dərəcəsində;
  • Fərhad Məmmədov (Böyüklər) 73 kiloqram çəki dərəcəsində.

II yerin sahibləri:

  • Ümid Əliyev (yeniyetmə 152sm);
  • Leyla Məmmədova (yeniyetmə 162sm);
  • Sakit Nəbiyev (Gənclər) 45 kiloqram çəki dərəcəsində;
  • Hüseyn Cəfərov (Gənclər) 55 kiloqram çəki dərəcəsində;
  • Rəvan Əliquliyev (Gənclər) 68 kiloqram çəki dərəcəsində.

III yerin sahibləri:

  • Əlimurad Əlizadə (uşaq) 24 kiloqram çəki dərəcəsində;
  • Həsən Məmmədov (uşaq) 27 kiloqram çəki dərəcəsində;
  • Tuncay Hüseynli (yeniyetmə 148sm);
  • Vəli Mehdiyev (yeniyetmə 152sm);
  • Həsən Məmmədov (yeniyetmə 156sm);
  • Tunar Quliyev (Gənclər) 51 kiloqram çəki dərəcəsində;
  • Kənan Məmmədov (Gənclər) 59 kiloqram çəki dərəcəsində.

Yarışın qalibləri dekabr ayında Bakıda keçiriləcək Respublika birinciliyində iştirak etmək hüququ qazanıblar.

Ən Çox Oxunan