19.1 C
Gence
19.1 C
Gence

Taekvondoçumuz beynəlxalq yarışda II yerin sahibi olub

Gəncənin yetirməsi olan idmançı şəhər Gənclər və İdman Baş İdarəsini ziyarət edib. Bu haqda 29 mart tarixində quruma istinadən məlumat veririk.

4-cü Asiya Prezident kuboku yarışında uğurlu nəticə əldə etmiş taekvondoçu İmaməddin Xəlilov və məşqçi-müəllimi Arif Xəlilov idarənin rəisi Həmid Nəsirovla görüşüblər. O, qonaqları təbrik edib və növbəti yarışlarda daha yüksək nəticələr əldə etməyi arzulayıb.

Qeyd edək ki, 13-14 mart tarixlərində İran İslam Respublikasının Tehran şəhərində keçirilən Taekvondo üzrə böyüklər arasında Asiya regionu üzrə IV “President Cup” yarışında İmaməddin Xəlilov 70 kiloqram çəki dərəcəsində II yerə layiq görülüb. O, Xəmsə parataekvondo komandasının tərkibində iştirak edib.

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin Facebook səhifəsindən foto

Ən Çox Oxunan