Gəncədə qanunsuz fəaliyyət göstərən məntəqə aşkarlanıb. Bu haqda 14 mart tarixində AQTA-ya istinadən məlumat veririk.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Dədə Qorqud küçəsi, ev 44B ünvanında yerləşən, Əlzamin Xudiyevin fəaliyyət göstərdiyi ət satışı məntəqəsində planlı yoxlama keçiriblər. Nəticədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Burada mütəmadi olaraq təmizlik işlərinin aparılmadığı, işçinin sanitar geyim qaydalarına əməl etmədiyi və tibbi müayinələrdən keçmədiyi məlum olub.
Aşkar olunmuş faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.