Gəncədə bəzi məhsulların istehsalı çoxalıb. Bu haqda 16 noyabr tarixində Marja-ya istinadən məlumat veririk.
Şəhər Statistika İdarəsi cari ilin yanvar-sentyabr aylarında Gəncə şəhərində kənd təsərrüfatının vəziyyəti haqqında məlumatlar açıqlayıb. Sözügedən mərhələ ərzində kənd təsərrüfatının ümumi məhsulu faktiki qiymətlərlə 2683,6 min manat, onlardan bitkiçilik məhsulları 1362,4 min manat, heyvandarlıq məhsulları 1321,2 min manat təşkil edib.
Ümumilikdə 64,5 ha əkin aparılıb. Bunun 29 hektarı dənlilər və dənli-paxlalı bitkilərin (o cümlədən 8 hektarı payızlıq buğda, 21 hektarı payızlıq arpa), 34,5 hektarı tərəvəz bitkilərinin, 1 hektarı isə yem bitkilərinin əkin sahəsini əhatə edib.
Sahələrdən bu ilin yanvar-sentyabr aylarında 61,1 ton dənlilər və dənli-paxlalı bitkilər (17,2 ton buğda, 43,9 ton arpa), 146,2 ton tərəvəz və 28,8 ton yonca yığılıb. Sahəsi 332,4 hektar olan meyvə və giləmeyvə bağlarından 672,1 ton məhsul, üzümlüklərdən (127,2 hektar) isə 336,3 ton məhsul toplanıb.
Bundan başqa, həmin aylarda heyvandarlıq bölməsində 114,4 ton ət diri çəkidə, 505,5 ton süd, 796 min ədəd yumurta, 2,9 ton yun istehsal edilib. Ötən ilin müvafiq dövrünə nisbətən ət istehsalı 2,3, yumurta 2,5, süd 66, yun isə 3,6 faiz artıb.
2023-cü ilin oktyabr ayının 1-i vəziyyətinə təsərrüfatlarda 808 baş iribuynuzlu mal-qara (ondan 342 baş inək və camış), 1199 baş qoyun və keçi, 33 baş donuz mövcuddur.