15.3 C
Gence
11.5 C
Ganja

Türkiyə vətəndaşı xəstəxanada dünyasını dəyişib

Gəncədə xarici vətəndaş vəfat edib. Bu haqda 13 noyabr tarixində Report-a istinadən məlumat veririk.

76 yaşlı Türkiyə Respublikası vətəndaşı Anil Mustafa Kemal oğlu İbrahim yüksək qan təzyiqi xəstəliyi ilə 3 nömrəli şəhər xəstəxanasına müraciət edib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Xarici vətəndaş xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

Ən Çox Oxunan