16.9 C
Gence
16.9 C
Gence

Türkiyə vətəndaşlarının səs verməsi üçün 3 seçki qutusu quraşdırılıb

Türkiyə vətəndaşları Gəncədə səs verəcəklər. Bu haqda 3 may tarixində Report-a istinadən məlumat veririk.

14 may tarixində Türkiyədə keçiriləcək Prezident və parlament seçkilərində iştirak etmək üçün Azərbaycanda yaşayan qardaş ölkənin vətəndaşları üçün müvafiq şərait yaradılıb. 5 may saat 09:00-dan etibarən 7 may 21:00-a kimi Türkiyə vətəndaşları Baş konsulluğun binasına gələrək orada səs verə biləcəklər. Bununla əlaqədar Türkiyənin Gəncədəki Baş Konsulluğunda 3 seçki qutusu quraşdırılıb.

Qeyd edək ki, Gəncə ilə yanaşı, Şəmkir, Şəki, Bərdə, Ağcabədi, Zaqatala, Yevlax, Ağdaş, Tovuz, Mingəçevir, Gədəbəy, Balakən, Qazax, Göygöl, Oğuz, Daşkəsən, Naftalan və bütün Qarabağ bölgəsində yaşayan qardaş ölkə vətəndaşları Gəncə Konsulluğuna müraciət etməlidirlər.

Ən Çox Oxunan