24.1 C
Gence
24.1 C
Gence

Türkiyə universitetinin sinif otağına Nizami Gəncəvinin adı verildi

Gəncə Dövlət Universitetinin rəsmiləri Türkiyənin Dokuz Eylül Universitetində (DEU) olublar. Bu haqda 17 dekabr tarixində təhsil müəssisəsi məlumat paylaşıb.

DEU-da Nizami Gəncəvinin 880 illik yubileyi münasibəti ilə Buca Təhsil Fakültəsi Sosial Elmlər Binasında yerləşən sinif otağına şairin adı verilib. Mərasimdə universitetin rektoru professor Nükhet Hotar, Buca rayon valisi Mahmud Nedim Tunçer, GDU rəsmiləri və DEU-nun üzvləri iştirak ediblər.

Nükhet Hotar çıxışında Yunus Əmrənin şəxsiyyətinin qorunub saxlanması üçün bəzi səylərin qardaş ölkədən gəlməsinin sevindirdiyini deyib. Bu cür davranışa cavab olaraq Nizaminin adını Təhsil fakültəsində bir sinif otağına vermək qərarına gəldiklərini qeyd edib.

Açılış mərasimindən sonra GDU rektorunun Baş müşaviri dosent Asif Cavadov Nizami Gəncəvinin “Xəmsə” əsərini rektor Hotara, rektor isə Buca Təhsil fakültəsinin Rəssamlıq və Biznes müəllimliyi fakültəsinin 4-cü sinif şagirdi Bahadır Uzunun çəkdiyi Nizami Gəncəvi tablosunu Azərbaycandan gələn qonaqlara hədiyyə edib.

Ən Çox Oxunan