Gəncədə Türkiyədəki seçkilər üçün növbəti səsvermə başlayıb. Bu haqda 20 may tarixində Report-a istinadən məlumat veririk.
Proses ötən dəfə olduğu kimi, Türkiyənin Gəncədəki Baş Konsulluğunda təşkil olunur. Qardaş ölkə vətəndaşlarının prezident və parlament seçkiləri üzrə səsvermədə iştirak etməsi üçün burada 3 seçki məntəqəsi yaradılıb.
Qeyd edək ki, 14 may tarixində baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. Burada Ədalət və İnkişaf Partiyası sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparacaqlar. Seçilən namizəd növbəti 5 il Türkiyənin prezidenti olacaq.