Türkiyənin Gəncədəki Baş Konsulluğu Zəfər Günü ilə bağlı paylaşım edib. Bu haqda Gencexeber.az 8 noyabr tarixində məlumat verir.
Diplomatik nümayəndəlik rəsmi Twitter hesabında Azərbaycan xalqını təbrik edib. Paylaşımda aşağıdakılar yazılıb:
“Can Azərbaycanın torpaqlarının düşmən işğalından azad olunmasını müjdələyən 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevi, qəhrəman Azərbaycan Ordusunu və xalqını təbrik edir, bu qələbəni hər kəsə bəxş edən bütün şəhidlərimizi hörmətlə yad edirik”, – təbrikdə bildirilib.