24.1 C
Gence
24.1 C
Gence

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndələri Gəncə Dövlət Universitetinə səfər ediblər

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) əməkdaşları 12 oktyabr tarixində Gəncədə daha bir universitetdə olublar. Bu haqda Gəncə Dövlət Universiteti məlumat paylaşıb.

TİKA-nın Bakı ofisi nümayəndələri GDU-ya səfər ediblər. Görüşdə rektor Yusif Yusibov Bakı proqramının yeni təyin olunmuş koordinatorunu təbrik edib. Daha sonra TİKA ilə birlikdə keçirilən layihələr haqda danışılıb. İnnovasiyalar departamentinin direktoru yeni layihələr haqda məlumat verib.

Tədbir bitdikdən sonra nümayəndələr universitetin yeni tədris binasındakı Nuru Paşa adına kitabxanada və tələbə yataqxanasında olublar. Yaxın günlərdə yataqxana ilə bağlı yenidən əlaqə saxlanacağı söylənilib.

Qeyd edək ki, görüşdə TİKA Bakı proqram koordinatoru Fatih Yılmaz,  müavini Ahmet Çanga, əməkdaşları Abbas Hümmətov, Elmir Laçınov, Universitetin rektoru professor Yusif Yusibov və İnnovasiyalar departamentinin direktoru Vasif Həsənov iştirak ediblər.

 

Ən Çox Oxunan