25.3 C
Gence
25.3 C
Gence

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin əməkdaşları Azərbaycan Dövlət Aqrar Universitetində olublar

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) əməkdaşları 12 oktyabr tarixində Gəncədə universitetdə olublar.

Görüş Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) baş tutub. Universitetin rektoru İbrahim Cəfərov yeni layihələrin həyata keçirilməsi üçün bütün imkanların olduğunu deyib. TİKA Bakı Proqram Koordinatoru Fatih Yılmaz kənd təsərrüfatı, turizm, iqtisadi, sosial və mədəni sahələr üzrə fəaliyyətlərdə Azərbaycanın dövlət və qeyri-dövlət strukturları ilə əməkdaşlıq qurulmasına xüsusi əhəmiyyət verdiyini bildirib. Bir neçə layihələr üzrə müzakirələr aparılıb.

Tədbirdə Bakı Proqram Koordinatorunun müavini Ahmet Çanga, Bakı Proqram Koordinasiya ofisinin əməkdaşları Abbas Hümmətov və Elmir Laçınov da iştirak ediblər.

Ən Çox Oxunan