18.6 C
Gence
18.6 C
Gence

Ötən il şəhərimizdə 2883 körpə dünyaya gəlib

Gəncədə əhalinin sayı açıqlanıb. Bu haqda 20 may tarixində Fed.az-a istinadən məlumat veririk.

Gəncə Şəhər Statistika İdarəsi şəhər əhalisinin sayını açıqlayıb. 2019-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasının nəticəsi əsasında yenidən hesabat aparılıb. 2023-cü il yanvar ayının 1-nə olan nəticələrə əsasən, Nizami yurdunda 330 min 248 nəfər yaşayır. Əhalinin 48,7 faizi (160 min 967 nəfərini) kişilərdən, 51,3 faizi (169 min 281 nəfərini) isə qadınlardan ibarətdir.

Ötən il Gəncədə 2883 körpə doğulub. Onların 54,7 faizini oğlanlar, 45,3 faizini qızlar təşkil edir. Bundan başqa, 2022-ci ildə 2155 ölüm halı qeydə alınıb. Miqrasiya saldosu şəhər üzrə müsbət 154 nəfər təşkil edib.

2022-ci ildə 1673 nikaha daxilolma və 593 boşanma halı qeydiyyata alınıb.

Ən Çox Oxunan