Gəncəli şahmatçı olimpiadanın son turunda məğlub olub. Bu haqda 9 avqust tarixində Report-a istinadən məlumat veririk.
Yığmamızın Hindistanın Çennay şəhərində keçirilən Şahmat Olimpiadasında mübarizəsi başa çatıb. Komandamız Gürcüstan seçməsi ilə qarşılaşıb. Yığmamız 1:3 hesablı məğlubiyyətə uğrayıb. Nizami yurdunun yetirməsi Ülviyyə Fətəliyeva Meri Arabidzeyə qarşı oynayıb. Görüş məğlubiyyətlə başa çatıb (0:1).
Beləliklə, Azərbaycanın qadınlardan ibarət komandası 16 xalla yarışı 8-ci sırada başa vurub.