26.9 C
Gence
23.5 C
Ganja

Təmsilçilərimiz Moskvada keçirilən beynəlxalq sərgidə uğur əldə ediblər

Gəncə Dövlət Universiteti ölkəmizi Beynəlxalq ixtiralar və İnnovasiya Texnologiyaları sərgisində təmsil edib. Bu haqda 6 aprel tarixində təhsil müəssisəsinə istinadən məlumat veririk.

Rusiyanın paytaxtı Moskvada keçirilən XXV “Arximed” Beynəlxalq ixtiralar və İnnovasiya Texnologiyaları sərgisində GDU “Anti-Varroa” layihəsi ilə iştirak edib. Təmsilçilərimiz beynəlxalq ekspert və münsiflər heyətinin iştirakı ilə keçirilən müsabiqə proqramında qalib olublar. Onlar “Qızıl medal” və fəxri fərmanla təltif ediliblər.

Qeyd edək ki, sərgidə Avrasiya Patent Təşkilatının Avrasiya Patent İdarəsi, Azərbaycandan olan ixtiraçılar olmaqla 20 ölkədən 225 təşkilatın (119 Rus, 96 xarici) 600-dən çox yenilikçi nümunə və məhsullar nümayiş olunub.

Gəncə Dövlət Universitetinin rəsmi Facebook səhifəsindən foto
Gəncə Dövlət Universitetinin rəsmi Facebook səhifəsindən foto
Gəncə Dövlət Universitetinin rəsmi Facebook səhifəsindən foto
Gəncə Dövlət Universitetinin rəsmi Facebook səhifəsindən foto