14.7 C
Gence
14.7 C
Gence

Ötüşmələr üzrə Azərbaycan Çempionatı keçiriləcək

Gəncədə çempionat keçiriləcək. Bu haqda 5 oktyabr tarixində Gənclər və İdman Baş idarəsinə istinadən məlumat veririk.

Ötüşmələr üzrə Azərbaycan Çempionatı Gənclər və İdman Nazirliyinin, Velosiped Federasiyasının təşkilatçılığı, İcra Hakimiyyətinin və Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə təşkil olunacaq. Yarışlar 6-9 oktyabr tarixlərində baş tutacaq.

Çempionata professional idmançılarla yanaşı, həvəskar velosipedçilər də qatıla bilərlər. İlk mərhələ 6 oktyabr tarixində saat 10:00-da Heydər Əliyev Park-Kompleksinin ərazisində yerləşən Zəfər Tağının qarşısından start götürəcək.

 

Ən Çox Oxunan